Bakıda qonşular arasında kütləvi dava: Bıçaqlanan var

Bakıda qonşular arasında kütləvi dava olub.

Hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsində 1989-cu il təvəllüdlü Rüstəmov İsmayıl Rəfael oğlu qonşuluğunda yaşayan həmyaşıdı ilə mübahisə edib. Mübahisəyə daha 3 nəfər də müdaxilə edib. Nəticədə İ.Rüstəmov 4 nəfər tərəfindən döyülərək kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

(Report)

DİGƏR XƏBƏRLƏR

Top