BƏƏ-də viza rejimi asanlaşdırılıb

Birləşmiş Ərəb Əmirliklərində investorlar və ixtisaslı mütəxəssislər üçün 10 illik rezident vizaları tətbiq edəcəklər.

Bundan əvvəl BƏƏ-də rezident vizalarının müddəti maksimum 3 il təşkil edirdi. Yeni 10 illik rezident vizaları əsasən həkimlər, mühəndislər, həmçinin istedadlı tələbələr üçün tətbiq ediləcək.

İnvestisiya və ixtisaslı işçilərin cəlb olunması ilə bağlı yeni tədbirlər haqqında öz Twitter səhifəsində BƏƏ-nin baş naziri şeyx Məhəmməd bin Rəşid Əl Məktum yazıb.

Bundan əlavə xarici investorlara BƏƏ-də şirkətlərdə 100% paya sahib olmağa icazə verilib. Baş nazir bildirib ki, yeniliklər ilin sonuna qədər qüvvəyə minəcək.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top