ABŞ xəzinə naziri Stiven Mnuçin gömrük vergiləri məsələsində Çinlə razılaşma əldə edildiyini açıqlayıb.
O, “ticarət müharibəsi”ni dayandırdıqlarını söyləyib:
“Hazırda gömrük vergilərini artırmaq məsələsini dayandırdıq. Yeni razılıq üzərində çalışmalara start vermişik”.
Məlumata görə, Vaşinqtonda davam edən 5 günlük ikitərəfli danışıqlarda Çin iki ölkə arasında ticarət balansını qorumaq üçün ABŞ-dan daha çox mal almaq sözü verib.
Qeyd edək ki, ABŞ Çin məhsullarına əlavə dəyər vergisi tətbiq etmiş və iki ölkə arasında münasibətlər gərginləşmişdi. (qafqazinfo)