Qarabağda erməni əsgər öldürülüb

Erməni ordusunun əsgəri Hamlet Qriqoryan Qarabağda naməlum şəraitdə ölümcül güllə yarası alıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib:

“20 may yerli vaxtla saat 11:00 radələrində şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müdafiə nöqtəsində 1999-cu il təvəllüdlü hərbi qulluqçu Hamlet Qriqroyan Narayr oğlu ölümcül yara alıb”.

Nazirliyin məlumatına görə, hadisənin detallarını aydınlaşdırmaq üçün araşdırma aparılır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top