Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirilib

Fələstin prezidenti Mahmud Abbas qulağında əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Oreykat bildirib.

O, qeyd edib ki, əməliyyatdan sonra 83 yaşlı Mahmud Abbasın səhhəti ağırlaşıb. Saib Oreykatın sözlərinə görə, M.Abbas sabah ya da birisi gün xəstəxananı tərk edəcək.

"Mən onunla idim. Biz söhbət etdik, zarafatlaşdıq. Prezidentin vəziyyəti əladır. Düşünürəm ki, o, xəstəxanada sabaha, yaxud birisi günə kimi qalacaq", - deyə o bildirib.

Saib Oreykat M. Abbasın xəstəxanaya yerləşdirilməsini əməliyyatdan sonrakı soyuqdəymə ilə əlaqələndirib. Fələstin prezidenti bu yaxınlarda əməliyyat olunub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top