Bu ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,9 saat təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, ötən ilin eyni dövrü ilə müqayisədə iş saatlarının miqdarı artıb. Belə ki, 2017-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,7 saat olub. Azərbaycanda ən çox işləyənlər turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahənin işçiləri ay ərzində orta hesabla 155,5 saat işləyirlər. Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 140,2 saat işləyiblər.
2017 və 2018-ci illərin yanvar-mart aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı və aradakı fərq:
İqtisadi fəaliyyət növləri | 2017-ci il yanvar-mart Aylıq iş saatları | 2018-ci il yanvar-mart Aylıq iş saatları |
Fərq
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 143,7 | 143,1 | - 0,6 |
Mədənçıxarma sənayesi | 147,7 | 149,5 | + 1,8 |
Emal sənayesi | 143,5 | 146,3 | + 2,8 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 141 | 145,5 | + 4,5 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 148,9 | 150,2 | + 1,3 |
Tikinti | 144,6 | 141,9 | - 2,7 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 152,4 | 152,1 | -0,3 |
Nəqliyyat və anbar təsərrüfatı | 142,7 | 143,5 | + 0,8 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 152,1 | 155,5 | + 3,4 |
İnformasiya və rabitə | 149,2 | 146,4 | - 2,8 |
Maliyyə və sığorta fəaliyyəti | 144,8 | 143,5 | - 1,3 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 146,4 | 144,1 | - 2,3 |
Peşə, elmi və texniki fəaliyyət | 144,2 | 145,2 | +1 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 143,8 | 144,9 | +1,1 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 147,2 | 148,8 | +1,6 |
Təhsil | 141 | 140,2 | -0,2 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 145,3 | 144,8 |
|
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 146 | 147,3 | +1,3 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 141,3 | 146,8 | +5,5 |
Orta aylıq işlənmiş iş saatlarının miqdarı | 145,7 | 145,9 | +0,2 |