Lük Besson cinsi zorakılıqda ittiham olunur

Fransalı rejissor, ssenarist və prodüser Lük Besson cinsi zorakılıqda ittiham olunur.

Bu barədə şənbə günü "Europe1" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, cümə günü səhər adı açıqlanmayan 27 yaşlı aktrisa Parisin polis komissarlıqlarından birinə ərizə ilə müraciət edib. O, rejissoru cinsi xarakterli zorakılıqda ittiham edib. Aktrisanın sözlərinə görə, hadisə cümə axşamı Besson ilə "Le Bristol" otelində olan zaman baş verib.

Öz növbəsində rejissorun vəkili Tyerri Marember bildirib ki, "Lük Besson ona ünvanlanmış bu uydurma ittihamı qəti şəkildə rədd edir". Vəkilin sözlərinə görə, Lük Besson nədə ittiham olunduğunu eşidəndə stuldan yıxılıb. 59 yaşlı rejissor bildirib ki, aktrisa ilə tanışdır, lakin heç vaxt özünə yaraşmayan hərəkətə yol verməyib.

AFP-nin məlumatına görə, polis şikayət ərizəsi ilə bağlı araşdırmalara başlayıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top