"Yeni aprel müharibəsinin astanasındayıq" - Qriqoryan etiraf edir

"Bizdə təhlükəsizliyin şaxələndirilməsi problemi var. Milli təhlükəsizlik təkcə hərbi sektora aid deyil, milli təhlükəsizliyə aid bir çox məsələlər var. Məsələn, əgər azad və ədalətli seçkilər yoxdursa, bu yenə də milli təhlükəsizliyin problemidir"

Bu sözləri Ermənistan Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Armen Qriqoryan "Araçin lratvakan" agentliyinə müsahibəsində deyib.

O, bildirib ki, insan hüquqlarının qorunması, qanunun aliliyi məsələləri milli təhlükəsizliyin çağırışlarıdır və korrupsiya Ermənistan üçün ciddi təhdiddir.

Qriqoryan gələcəkdə beynəlxalq təcrübəni nəzərə alaraq beyin mərkəzinin (kəşfiyyat mərkəzi) yaradılacağını bildirib: "Müasir çağırışlar ciddi siyasi təhlil tələb edir və belə bir mərkəzə ehtiyac var".

Yeni katib ölkədə növbəti seçkilərin keçirilməsinin vacibliyinə diqqət çəkib və buna ehtiyacın olduğunu söyləyib: "Ancaq bu məqamda qanunvericilikdə ziddiyyət var. Biz qərarlıyıq ki, növbədənkənar seçkilərə gedək, inqilabdan sonrakı vəziyyəti düzəldib və inkişafa sürətlə gedə bilək".

Ermənistanda inqilabdan sonrası hadisələrə toxunan Qriqoryan insanların öz tələblərini tez bir zamanda həll etmək istədiklərini qeyd edib: "Bizə qarşı bir mübarizə olduğunu düşünmürük. İnsanlar öz tələblərini ifadə edirlər"

Onun sözlərinə görə, əksinqilab çox az şansa malikdir. "Hər halda hər zaman cəhdlər ola bilər, əksinə, daha çox əksinqilab cəhdlərini Serj Sarkisyan törədə bilər".

Qriqoryan, həmçinin qeyd edib ki, bir sıra təhlükəsizlik məsələlərini həll etməməklə Ermənistan yeni aprel müharibəsinin astanasında dayanır.

(AzVision.az)

DİGƏR XƏBƏRLƏR

Top