Silahlılar Çeçenistanda kilsəyə hücum edib: ölənlər və yaralılar var

>

Çeçenistanın paytaxtı Qroznıda Arxangel Mixail kilsəsinin ziyarətçilərini tutmağa çalışan 4 silahlı məhv edlib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çeçenistanın başçısı Ramzan Kadırov deyib. Onun sözlərinə görə, yaraqlılar Arxangel Mixail kilsəsinə giriblər, onların məqsədi ziyarətçiləri tutmaq olub. Dərhal keçirilmiş xüsusi əməliyyat nəticəsində 4 silahlının hamısı məhv edilib”. R. Kadırov qeyd edib ki, bir polis güllə yarasından həlak olub, ziyarətçilərdən biri isə orta ağır dərəcəli yara alıb. Silahlıların əmri Qərb ölkələrinin birindən almasına dair operativ informasiya var”. Çeçenistanın hüquq-mühafizə orqanlarından bildiriblər ki, insident nəticəsində ziyarətçilərdən biri həlak olub, digəri isə yaralanıb. İki polis həlak olub, daha ikisi isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top