Rusiya XİN Hikmət Hacıyevə cavab verdi

Rusiyanın Dağlıq Qarabağ üzrə mövqeyi Abxaziyada beynəlxalq tədbirlərdə iştirakdan imtinanı nəzərdə tutmur. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Rusiya diplomatik qurumundan bildiriblər: “Hər şeydən əvvəl, kiçik izah. Bu yaxınlarda “Abxaziya Xarici İşlər Nazirliyinin” dəvəti üzrə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi “abxaz diplomatik xidmətinin” 25 illiyinin qeyd edilməsində iştirak edib. Suxumidəki təntənəli mərasimə təbii ki, Abxaziyanın digər xarici tərəfdaşları da dəvət edilib. Onların arasında “Dağlıq Qarabağdan qonaqlar” olublar. Rusiyanın Dağlıq Qarabağ üzrə prinsipial mövqeyini Bakıda yaxşı bilirlər. Cənab Hacıyev bilməyə bilməz ki, bu mövqe “Qarabağ nümayəndələri” ilə üz-üzə təsadüfən görüşmənin yalnız mümkünlüyü səbəbindən konkret beynəlxalq tədbirlərdən iştirakdan imtinanı heç vaxt nəzərdə tutmayıb”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Suxumidə separatçı rejim nümayəndələrinin Rusiya XİN-in yüksəkvəzifəli məmurları ilə üz-üzə görüşünü tənqid etmişdi. O, qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasının regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət etmədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top