“Təzəpir Məscidində hər gün iftar süfrəsi açılır"

Təzəpir Məscidində hər gün iftar süfrəsi açılır. İftar süfrəsini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib. Qəmər Cavadlının sözlərinə görə, imkansız şəxslər üçün iftar süfrəsi məscidin mərasim zalında gerçəkləşir:

“Həmin ərazidə yaşayan imkansız ailələr orada gəlib iftar açırlar”.

QMİ sözçüsü bildirib ki, imkansız şəxslər üçün iftar süfrəsi Ramazan bayramına qədər davam edəcək.

(Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top