Ukrayna MDB-dən bütün nümayəndələrini geri çağırdı

Ukrayna Prezidenti Petro Poroşenko ölkə nümayəndələrinin MDB-nin nizamnamə orqanlarından geri çağırıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, P. Poroşenko bununla bağlı fərman imzaladığını deyib. O bildirib: "Bu gün mən MDB ölkələrinin bütün nizamnamə orqanlarından Ukrayna nümayəndələrinin geri çağırılması haqqında fərman imzaladım. Bizim orada işimiz qalmayıb, biz irəli, Avropaya doğru hərəkət edirik".

DİGƏR XƏBƏRLƏR

Top