Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Sanıyev Səməd Maksim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Qazax Rayon Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdirilib.
O, əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə münaqişə zəminində bir qadın tərəfindən törədilib.
Faktla bağlı araşdırma aparılır.
apa