Bakının mərkəzində binanın eyvanı uçdu VİDEO

Bu gün Bakının mərkəzində 109 yaşlı binanın eyvanı uçub.

Yeniavaz.com-un “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında Məhəmməd Əmin Rəsulzadə küçəsi 8 ünvanında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər.

Təhlükəsizlik məqsədi ilə dərhal əraziyə giriş qadağan olunub. Hadisə zamanı xəsarət alan olmasa da, birinci mərtəbədə olan obyektin pəncərəsinə ziyan dəyib.

Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, həmin bina qurumun balansında deyil.

Onun sözlərinə görə, 1910-cu ildə tikilən bu bina Bakı Abadlıq Xidmətinin sərəncamındadır. Lakin Bakı Abadlıq Xidmətinin direktor müavini Firdovsi Hüseynov da binanın onların balansında olmadığını söyləyib.

Qeyd edək ki, binada sonuncu dəfə təmir-bərpa işləri 3 il əvvəl aparılıb.

Bakı

DİGƏR XƏBƏRLƏR

Top