"Qalatasaray"ın futbolçusu İtaliya klubu ilə razılıq əldə edib

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Koray Günter İtaliyanın "Cenoa" komandası ilə razılıq əldə edib. "NTV Spor"un məlumatına görə, İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 24 yaşlı müdafiəçi İtaliya klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Koray Günter 2014-cü ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan transfer olunub. O, bu müddət ərzində 50 matçda iştirak edib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top