Hansı məhsulların nə qədər bahalandığı və ucuzlaşdığı açıqlandı - SİYAHI

Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3,7 faiz bahalaşıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ərzaq məhsulları arasında yalnız çörək məmulatları və qəndin qiyməti aşağı düşüb. Digər ərzaq məhsullarının qiyməti isə artıb.

Son bir ildə ərzaq məhsullarında qiymət dəyişikliyi belə olub:

1. Çörək məmulatları və yarmaların qiyməti 1,8% ucuzlaşıb

2. Ət məhsulları 3% bahalanıb

3. Balıq məhsulları 2,4% bahalanıb

4. Süd məhsulları, pendir və yumurta 5,9% bahalanıb

5. Yağ və piylər 8,5% bahalanıb

6. Meyvələr 9,4% bahalanıb

7. Tərəvəzlər 9,2% bahalanıb

8. Qənd, cem, bal, şokolad və konfetlər 4% ucuzlaşıb

9. Qəhvə, çay, kakao 3,7% bahalanıb

10. Mineral sular, sərinləşdirici içkilər və şirələr 1,3% bahalanıb

11. Araq, brendi (konyak) 1,4% bahalanıb

12. Tütün məmulatları (siqaretlər) 5,8% ucuzlaşıb

DİGƏR XƏBƏRLƏR

Top