Çökdüyünə görə təmir olunan yol yenidən ÇÖKDÜ – FOTO


Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb. Həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib.

Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunub.

Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, tıxac müşahidə olunur. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top