3 ay ərzində 75,4 milyon manatlıq təbii qaz itkiyə gedib

Bu ilin ilk 3 ayı ərzində ölkədə əmtəəlik təbii qaz ehtiyatları 7,7 milyard kub metr olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, təbii qaz ehtiyatlarının 57,8%-i (4,45 milyard kub metr) hasilatın, 29,7%-i (2,28 milyard kub metr) ilin əvvəlinə mövcud olan ehtiyatın, 12,5%-i isə (952 milyon kub metr) idxalın hesabına formalaşıb. Ehtiyatların 43,2%-i (3,32 milyard kub metr) ölkə daxilində istehlak edilib, 34,6%-i (2,66 milyard kub metr) ixrac olunub, 4,9%-i (377 milyon kub metr) itkiyə gedib, 17,3%-i (1,33 milyard kub metr) 2018-ci ilin aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Mövcud pərakəndə satış qiyməti ilə (20 qəpik) hesablasaq məlum olur ki, bu ilin ilk 3 ayı ərzində 75,4 milyon manatlıq təbii qaz itkiyə gedib.

Məlumat üçn bildirək ki, təbii qaz itkisi 2017-ci ilin ilk 3 ayında 435 milyon kub metr, 2016-cı ilin ilk 3 ayında isə 422 milyon kub metr olub.

Onu da bildirək ki, bu ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 52,5 milyon kub metr təbii qazdan istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təbii qazdan istifadə isə 4,2 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top