Bu il benzindən istifadə azalıb, dizeldən istifadə artıb

Bu ilin yanvar-mart aylarında ölkədə 323 min ton dizel yanacağı, 288,8 min ton avtomobil benzini, 81,3 min ton aviasiya üçün və sair ağ neft, 53,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 35,8 min ton neft bitumu, 32,5 min ton maye qaz, 16,6 min ton sürtkü yağları istehlak edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında dizel yanacağı istehlak 1,4%, maye qaz istehlak isə 16,1% azalıb, avtomobil benzini istehlak 17,7%, aviasiya üçün və sair ağ neft istehlak 14,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehlak 0,8%, neft bitumu istehlak 2 dəfə, sürtkü yağları istehlak isə 99,7% artıb.

DİGƏR XƏBƏRLƏR

Top