Günəş və külək enerjisindən alınan elektrik ümumi istehsalın 0,22%-nə bərabərdir

Bu ilin yanvar-aprel aylarında ölkə ərazisində 7 milyard 557,4 milyon kVt-saat əmtəəlik elektrik enerjisi istehsal olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 2% azalıb.

İstehsal olunan elektrik enerjisinin 93%-i və ya 7 milyard 23 milyon kVt-saatı istilik elektrik stansiyalarının payına düşüb. İstilik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalıb.

Bu ilin ilk 4 ayında su elektrik stansiyalarında 517,1 milyon kVt-saat (ümumi istehsalın 6,8%), küləklə işləyən stansiyalarda 5,4 kVt-saat (ümumi istehsalın 0,07%), günəş enerjisi ilə işləyən stansiyalarda isə 11,3 kVt-saat (ümumi istehsalın 0,15%) elektrik enerjisi istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi 9,4%, küləklə işləyən stansiyalarda 15,6%, günəş enerjisi ilə işləyən stansiyalarda isə istehsal olunan elektrik enerjisi 18,7% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top