Azərbaycanda siqaret istehsalı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında emal sənayesində 3 milyard 281,8 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,7 dəfə artım, içki istehsalında 3,6 faiz, qida məhsullarının istehsalında isə 5,1 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 5,5 faiz, cem və marmeladların istehsalı 1,3 faiz, brendi (konyak) istehsalı 4,1 dəfə, üzüm şərabı istehsalı 24,6 faiz, alkoqolsuz içkilərin istehsalı 3,7 faiz artım, bununla yanaşı duru bitki yağlarının istehsalı 12,2 faiz, qənd və şəkər tozu istehsalı 85,3 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top