AÇG yatağında əməliyyat xərcləri azalıb - CƏDVƏL

2018-ci ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 101 milyon dollar əməliyyat məsrəfləri və 260 milyon dollar əsaslı məsrəflər xərclənib. Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2017-cı ilin ilk rübü ilə müqayisədə bu ilin yanvar-mart ayları ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 8% və ya 9 milyon dollar, əsaslı məsrəflər isə 14% və ya 44 milyon dollar azalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), AzACG (SOCAR) (25%), Şevron (9,57%), İNPEKS (9,31%), Statoyl (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top