"Azəri-Çıraq-Günəşli"də neft hasilatı artıb - CƏDVƏL

2018-ci ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 54 milyon barel (7 milyon ton) və ya gündə orta hesabla 597 min barel neft hasil edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 2,7% və ya 16 min barel, ümumi hasilat isə 3,8% və ya 2 milyon barel artıb. 2017-ci ilin sonunda AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 10,3% və ya 11 ədəd, injektor quyularının sayı isə 8,3% və ya 4 ədəd artıb. Rəqəmlərdən də göründüyü kimi, AÇG yatağında quyuların ümumi sayı 155-dən 170-ə yüksəlib.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), AzACG (SOCAR) (25%), Şevron (9,57%), İNPEKS (9,31%), Statoyl (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

DİGƏR XƏBƏRLƏR

Top