Azərbaycanda qızıl-gümüş istehsalı artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 1758,2 kq qızıl istehsal edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,7 dəfə çoxdur. Bu ilin mayın 1-nə 54 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 249 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin mayın 1-nə 18,3 kq hazır məhsul ehtiyatı yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top