Pambıq, kartof və tütünün əkini azalıb - CƏDVƏL

Bu ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 184,6 milyon manat təşkil edib ki, onun da 1 milyon 119,1 milyon manatı heyvandarlıq, 65,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 20,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 2,6 faiz artıb.

May ayının 1-i vəziyyətinə 318,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 49,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 17,6 min hektarı dən üçün qarğıdalı), 53,9 min hektar sahədə kartof, 47,8 min hektar sahədə tərəvəz, 14,1 min hektar sahədə bostan bitkiləri, 8,3 min hektar sahədə şəkər çuğunduru, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə tütün, 82,3 min hektar sahədə pambıq, 48,9 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 3,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Təsərrüfatlarda yanvar-aprel aylarında 11,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz çox kartof və 89 min ton və yaxud 25,5 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Yazlıq bitkilərin əkin sahələri bu cür olub:

2017-ci il

yanvar-aprel

2017-ci il

yanvar-aprel

2018-ci ilin yanvar-aprel ayları 2017-ci ilin müvafiq dövrünə nisbətən,

faizlə

Yaz əkininin əvvəlindən

əkilib (cəmi)

318 243,1

334 546,4

95,1

Dənli və dənli paxlalılar (qarğıdalısız)

30 535,9

20 723,4

147,3

onlardan:

buğda

1 661,6

1 790,5

92,8

vələmir

3 839,0

1 844,8

2,1 dəfə

çəltik

212,8

1 017,5

20,9

Qarğıdalı – cəmi

19 084,4

22 877,5

83,4

o cümlədən dən üçün

17 595,4

21 166,1

83,1

Pambıq

82 285,0

107 473,5

76,6

Dən üçün günəbaxan

7 744,8

9 584,3

80,8

Tütün

1 289,5

1 550,7

83,2

Şəkər çuğunduru (emal üçün)

8 298,1

11 457,6

72,4

Kartof

53 890,2

55 162,1

97,7

Tərəvəz

47 830,8

44 899,5

106,5

Bostan bitkiləri

14 066,6

15 863,6

88,7

Yemlik kökümeyvəlilər

5,0

-

-

Birillik otlar

1 105,5

1 333,4

82,9

Çoxillik otlar

48 911,3

38 811,6

126,0

Sair yazlıq bitkilər

3 196,0

4 809,2

66,5

DİGƏR XƏBƏRLƏR

Top