Xaricdən Azərbaycana ən çox hansı ərzaq məhsulları gətirilib?

Bu ilin ilk 4 ayı ərzində ölkəyə 445,8 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 70,9 milyon dolları buğdanın, 66 milyonu meyvə-tərəvəzin, 8,6 milyon dolları şəkərin, 54,2 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün ötən 4 ayda müvafiq olaraq 34,9 və 85,4 milyon dollar ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top