Xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 5 min 310 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3 min 367 ədəd və yaxud 2,7 dəfə çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3 ədəd və yaxud 11,5% azalaraq 23-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 3 min 165 ədəd və yaxud 2,9 dəfə artaraq 4 min 785-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 209 ədəd yaxud 1,8 dəfə artaraq 477-yə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 4 ədəd yaxud 13,8% azalaraq 25-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top