Xarici ticarətdə müsbət saldo 2,1 dəfə artıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 8 milyard 677 milyon 959 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 55,1% və ya 3 milyard 82 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 3 milyard 26 milyon dollar, ixrac əməliyyatları üzrə 5 milyard 651 milyon 908 min dollar ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsində 2 milyard 626 milyon dollarlıq müsbət saldo yaranıb. Ticarət dövriyyəsində qeydə alınan müsbət saldo ötən ilin dövrü dövrü ilə müqayisədə 2,1 dəfə çox olub.

DİGƏR XƏBƏRLƏR

Top