Valideynlər övladlarının ev tapşırığna nə qədər vaxt sərf edir? - İNFOQRAFİKA

Təhsil sahəsində fəaliyyət göstərən dünyanın nüfuzlu təşkilatlarından biri - "Varkey" Fondu bəzi ölkələrdə valideynlərin övladlarının ev tapşırığna nə qədər vaxt sərf etdiyini araşdırıb.

Yeniavaz.com xəbər verir ki, Dünya İqtisadi Forumu tərəfindən yayımlanan bu hesabatda qeyd olunur ki, Hindistanda valideynlər övladlarının ev tapşırığına daha çox vaxt sərf edirlər. Aparılan sorğular nəticəsində məlum olub ki, Hindistanda hər bir valideyn orta hesabla həftədə 12 saat övladları ilə bərabər oturaraq onların dərslərinə kömək edirlər.

Hesabatda həmçinin qeyd olunur ki, Türkiyədə valideynlər hər həftə orta hesabla 8,7 saatlarını övladlarının ev tapşırığına kömək etməyə sərf edirlər. Bu rəqəm Sinqapurda 7,9 saata, Braziliyada və 7,5 saata, Çində 7,2 saata bərabərdir. "Varkey" Fondu tərəfindən sorğunun keçirildiyi 15 ölkə arasında övladlarının ev tapşırığına ən az vaxt sərf edənlər Yaponiyada yaşayan valideynlər olub. Yaponiyada valideynlər hər həftə orta hesabla 2,6 saatlarını övladlarının ev tapşırığına kömək etməyə sərf edirlər.

Məlumat üçün qeyd edək ki, nə "Varkey" Fondu, nə də digər yerli və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda belə bir sorğu həyata keçirməyib. Lakin mətbuatda yer alan məlumatlar və müşahidələrə əsasən demək olar ki, Azərbaycanda valideynlər övladlarının ev tapşırığına kömək etməyə daha çox vaxt sərf edirlər.

DİGƏR XƏBƏRLƏR

Top