Burulğanlıq zonasına düşən təyyarənin illüminatoru çıxdı - VİDEO

“Air India” aviaşirkətinin təyyarəsi aprelin 19-da Amritsar və Nyu Dehli arasında reysi zamanı burulğanlıq zonasında illüminatorun pəncərəsi çıxıb. Bu barədə aprelin 22-də NDTV telekanalı məlumat yayıb. Hadisə zamanı üç nəfər yüngül xəsarət alıb. Onlardan ikisinin üzərinə baqaj düşüb, daha bir sərnişin isə təhlükəsizlik kəmərini taxmadığı üçün başı qarşıdakı oturacağa dəyib. Ümumilikdə göyərtədə 236 sərnişin və altı heyət üzvü olub. Reysi altı il istismarda olan Boeing 787 təyyarəsi yerinə yetirirdi. oxu.az

teyyare

DİGƏR XƏBƏRLƏR

Top