Minada partlayan avtomobillərin sayına görə lider ölkə

Ukrayna ərazisində olduqca yüksək mina təhlükəsi qeydə alınıb.

Yeniavaz.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Ukraynadakı humanitar əlaqələndiricisi Nil Uolker deyib.

Onun sözlərinə görə, dünyada ən çox minada partlayan avtomobillərin sayı Ukraynanın payına düşür.

N. Uolker qeyd edib ki, Avrasiya materikinin mərkəzində yerləşən ölkənin belə qorxunc statistikaya malik olmasını təsəvvür etmək çətindir.

BMT-nin məlumatına görə, təkcə ötən il 238 nəfər mina və digər hərbi sursatlara düşərək partlayıb.

Onun sözlərinə görə, Donbassdakı münaqişədən doğan böhran 4,4 milyon nəfəri əhatə edib, bunun 3,4 milyonun yardıma ehtiyacı var.

DİGƏR XƏBƏRLƏR

Top