Türkiyədə siyasi partiyalara 135,2 milyon dollar ayrılacaq - Seçkilərə görə

Türkiyədə bu il iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı siyasi partiyalara dövlət büdcəsindən 547 milyon türk lirəsi (135 milyon 205 min 530 dollar) ayrılacaq. “Haber7” xəbər verir ki, bu vəsaitin 278 milyon lirəsi (təqribən, 68 milyon 715 min 59 dollar) Ədalət və İnkişaf Partiyası (AKP), 142,2 milyon lirəsi (35 milyon 148 min 494 dollar) Cümhuriyyət Xalq Partiyası (CHP), 66,8 milyon lirəsi (16 milyon 511 min 388 dolar) Milliyyətçi Hərəkat Partiyası (MHP), 60,4 milyon lirəsi (14 milyon 929 min 458 dollar) isə Xalqların Demokratik Partiyasının (HDP) payına düşəcək.

Qeyd edək ki, maliyyə vəsaiti partiyalara parlamentdə təmsil olunduqları deputatların saylarına uyğun olaraq verilir. Bununla da cari ildə siyasi partiyalara büdcədən veriləcək maliyyə yardımı 821 milyon 100 min türk lirəsi (təxminən, 202 milyon 956 min 600 dollar) olacaq. Report

DİGƏR XƏBƏRLƏR

Top