Son 3 ayda istehsal olunan benzin və dizelin həcmi açıqlandı

Bu ilin ilk 3 ayı ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 712,8 milyon manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 0,6 faiz az olub. Neft məhsullarından ağ neftin istehsalı 5,5 faiz, yanacaq mazutunun istehsalı 89,9 faiz azalıb. Avtomobil benzininin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 307,6 min ton avtomobil benzini, 477,8 min ton dizel istehsal olunub. Benzim istehsalı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4 faiz, dizel istehsalı isə 6,4 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top