Kolbasa və konyak istehsalı artıb

Bu ilin yanvar-mart aylarında emal sənayesində 2 milyard 363,2 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,8 dəfə artım, içki istehsalında 3,1 faiz, qida məhsullarının istehsalında isə 7,2 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 7,5 faiz (1479,8 ton), cem və marmeladların istehsalı 2,9 faiz (18145 ton), brendi (konyak) istehsalı 3,1 dəfə (3,1 min dkl), üzüm şərabı istehsalı 8,5 faiz (523,2 min dkl), alkoqolsuz içkilərin istehsalı 7,5 faiz artıb (3324 min dkl), bununla yanaşı duru bitki yağlarının istehsalı 24,5 faiz, qənd və şəkər tozu istehsalı 90,7 faiz azalmışdır.

DİGƏR XƏBƏRLƏR

Top