Özəl sektorda işləyən muzdlu işçilərin sayı 300 nəfər azalıb

Bu ilin martın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 516,5 min nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, iqtisadiyyatın dövlət sektorunda 887,9 min nəfər, qeyri-dövlət sektorunda isə 628,6 min nəfər muzdla işləyən işçi olub.

Ötən ilin analoji dövrü ilə müqayisə aparıladığımız zaman məlum olur ki, son bir il ərzində iqtisadiyyatın dövlət sektorunda muzdla işləyənlərin sayı 800 nəfər artdığı halda, qeyri-dövlət sektorunda işləyənlərin sayı 300 nəfər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top