Ermənistanda tələbə sayı Azərbaycanla müqayisədə 2 dəfə çoxdur - İNFOQRAFİKA

Azərbaycanda əhalinin hər 10 min nəfərinə ali təhsil müəssisəsində oxuyan 169 tələbə düşür. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirr ki, hər 10 min nəfərə düşən tələbə sayına görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alıb. Belə ki, MDB ölkələri arasında tələbələrin sayı yalnız Özbəkistan və Türkmənistanda Azərbaycanla müqayisədə daha az olub. Özbəkistanda əhalinin hər 10 min nəfərinə düşən tələbə sayı 84 nəfər, Türkmənistanda isə 60 nəfər olub. Digər MDB ölkələrində isə tələbələrin sayı Azərbaycanla müqayisədə daha çoxdur. Ermənistanda hər 10 min nəfərə düşən tələbə sayı Azərbaycanla müqayisədə 2 dəfədən çoxdur. Bu ölkədə hər 10 min nəfərə 330 tələbə düşür. Bu göstərici, yəni hər 10 min nəfərə düşən tələbə sayı Qırğızıstanda 298 nəfər, Rusiyada 299, Belarusda 310, Ukraynada 321, Qazaxıstanda 266, Moldovada 210, Tacikistanda isə 214 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top