Salah Droqbanı da keçdi

İngiltərə Premyer Liqasının XXXIV turu çərçivəsində “Bornmut”la qarşılaşan “Liverpul” 3:0 hesablı qələbə qazanıb. Həmin matçda komandasının qollarından birini vuran “qırmızılar”ın misirli hücumçusu Muhammed Salah yeni rekorda imza atıb. “Liverpul”un heyətində ilk mövsümündəcə bütün turnirlərdə artıq 40 qol vurmuş Muhammed Salah hamını qabaqlayıb. Buna qədər Fernando Torres 2007/08 mövsümündə “Liverpul”la birinci mövsümündə 33 qola imza atmışdı. Hazırda Premyer Liqada 31 oyundan sonra 30 qola imza atan Salah “Tottenhem”li Harri Keyni 6 qol qoyaraq, turnirin bombardiri olmaqla yanaşı, bu göstəricidə rekord qırıb. 2009/10 mövsümündə Didye Droqba “Çelsi” forması ilə 29 dəfə fərqlənmişdisə, Salah bu rəqəmi daha da yaxşılaşdırıb.Apasport

DİGƏR XƏBƏRLƏR

Top