Çexiyada kimya müəssisəsində partlayış baş verib.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kralupi-nad-Vltavou şəhərində qeydə alınıb.
İnsident nəticəsində 6 nəfər həlak olub, xeyli sayda yaralı var. Partlayışın səbəbi hələ məlum deyil. Kimya müəssisəsi Polşanın “Synthos” şirkətinə məxsusdur.