Mingəçevir sakinləri: "Uşaqları həyətə buraxmağa qorxuruq"

Bu gün səhər saatlarından güclənən külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Nizami 6, Aydın Məmmədov və digər küçələrində iri və kiçik gövdəli ağaclar aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb.

Şəhər sakinləri Yeniavaz.com saytına bildiriblər ki, "Şəhərdə yaşlı ağaclar çoxdur. Belə güclü küləklərdə uşaqları həyətə buraxmağa qorxuruq. Dəfələrlə bununla bağlı aidiyyatı orqanlara müraciətlər olub. Lakin tədbir görülmədiyindən bu günkü vəziyyət alınıb". Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top