Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb. Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb. Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top