Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun İbrahim Hacılı kəndində baş verib. İlkin məlumata görə, "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobil arxadan ona çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılardan 2-i avtomobillərin sürücüləridir. Onların xəsarəti yüngüldür. Hadisə zamanı "Mercedes"in bir sərnişini - Şəmkir rayon Kür qəsəbə sakini, 1984-cü il təvəllüdlü Hüseynova Güldanə Tofiq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top