NASA Yerə yaxınlaşan asteroidi nüvə silahı ilə vuracaq

Yer planetinə doğru saatda 101 min kilometr sürətlə irəliləyən “Bennu” adlı asteroid NASA-nı tədbir görməyə vadar edib. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, NASA təqribən 500 metr hündürlüyündə olan “Bennu”nun riskli olduğu qənaətindədir və mümkün fəlakətin qarşısını almaq məqsədi ilə iki plan hazırlayıb. NASA-nin birinci planı asteroidin istiqamətini dəyişdirməkdir. Buna əsasən, “Hammer” (“Çəkic”) adlı kosmik aparatı asteroidə çırparaq onun istiqamətini dəyişdirmək planlaşdırılır. NASA-nın ikinci planı isə nüvə silahından istifadə etməkdir. Bu plana əsasən kosmik aparatda nüvə silahı yerləşdiriləcək və asteroid dünyadan çox uzaq məsafədə vurularaq parçalanacaq. “Bennu”nun 2135-ci ildə planetimizlə toqquşma ehtimalı var.

DİGƏR XƏBƏRLƏR

Top