Rusiya “Türk Hava Yolları” aviaşirkətini cərimələdi

“Türk Hava Yolları” aviaşirkəti Suriya vətəndaşını etibarsız xarici pasportla İstanbuldan Soçiyə daşıdığına görə inzibati məsuliyyətə cəlb edilib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krasnodar diyarı üzrə Sərhəd idarəsinin mətbuat xidmətindən deyiblər. İdarədən bildiriblər ki, ötən 3 ay ərzində “Türk Hava Yolları” aviaşirkəti xarici vətəndaşı Rusiyaya üç dəfə qanunsuz daşıyıb. Hər dəfə aviaşirkət inzibati məsuliyyətə cəlb edilib, lakin hələ ki məsələ nəticəsiz qalıb. Cərimənin miqdarının 100 min rubl olduğu qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top