Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb

Çin Dövlət Televiziyası ilk dəfə pilotsuz tankları nümayiş etdirib. Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb. Süni intellektlə təchiz olunmuş və modernləşdirilmiş bu tanklar sovet istehsalı olan T-54 tanklarının əsasında yığılıb. Çin hərbçiləri bildiriblər ki, zamanında çoxlu sayda belə tanklar istehsal edilib və hazırda yaxşı vəziyyətdə olan bu tanklar süni intellektlə təchiz olunmaqdadır. Bununla belə, "Global Times" yazıb ki, pilotsuz tankları klassik tank modelləri ilə müqayisə etdikdə, məlum olur ki, hələ də bir çox texniki problemlər həllini tapmalıdır.APA

DİGƏR XƏBƏRLƏR

Top