Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

CƏMİYYƏT

Sabah hava buludlu, küləkli olacaq

21.03.2018 11:21

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Oxundu 246

© 2018 - NSPSOLUTIONS