Tovuzda sərnişin avtobusunun minik avtomobili və təcili yardım avtomobilinin "VA3 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Baş verən qəzalarda rayonun Düz Cırdaxan kəndinin sakinləri - 1954-cü il təvəllüdlü Məmmədov Aqşin Nurəddin oğlu və 1980-ci il təvəllüdlü Qəribov Seymur Sadəddin oğlu, o cümlədən 1961-ci il təvəllüdlü Abulbəyli kənd sakini Nağıyev Qüdrət Həsən oğlu xəsarət alıblar.
Hər 3 yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzada yüngül xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsünə də ilkin tibbi yardım göstərilib.apa