Azərbaycan səmasında görünən bu xətt nə olub? - "İstiqamətini tez-tez dəyişirdi"

Dünən Azərbaycan səmasında sərnişin təyyarəsi olduğu ehtimal edilən təyyarənin qəribə uçuş trayektoriyası görənlərin təəccübünə və marağına səbəb olub. Təyyarə Zərdab rayonunda səmada daha açıq-aydın müşahidə olunub. Bu barədə Yeniavaz.com saytına rayon sakinləri məlumat veriblər. Təyyarə axşamüstü - saat 18:30-19:00 radələrində müşahidə olunub. Belə ki, təyyarə əvvəl müşahidə edilib, sonra havada "tüstüsü" yoxa çıxıb. Bir müddət sonra yenidən "tüstü" bərpa olunub, ancaq bundan sonra uçuş istiqamətini qəribə şəkildə sağa-sola doğru dəyişib və bir az sonra yenidən əvvəlki uçuş istiqaməti üzrə yoluna davam edib. Sakinlər bildiriblər ki, hər gün sərnişin təyyarəsi olduğunu düşündükləri təyyarələri səmada görürlər, ancaq onlar əsasən eyni istiqamətdə yollarına davam edirlər. Ancaq bu təyyarənin istiqamətini tez-tez dəyişməsi görənlərin diqqətini çəkib. Təyyarənin niyə belə etdiyini, hər hansı texniki probleminin olub-olmadığını isə müəyyənləşdirmək mümkün olmayıb. Görənlərin bəziləri isə bunun ümumiyyətlə təyyarə yox, başqa bir şey olduğunu ehtimal ediblər.

Sakinlər dediklərinə sübut kimi çəkdikləri fotoları da saytımıza göndəriblər.

DİGƏR XƏBƏRLƏR

Top