6 milyarda yaxın adam su çatışmazlığından əziyyət çəkəcək

Bütün dünya üzrə təqribən 6 milyard adam 2050-ci ilədək sus resurslarının çatışmazlığına görə əziyyət çəkə bilər. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin su haqqında məruzəsində deyilir. Araşdırmaçılar risk faktorları arasında iqlim dəyişikliyi və su hövzələrinin çirklənməsini göstərirlər. Bildirilir ki, hazırda dünyadakı təqribən 3,6 milyard adam su çatışmazlığından potensial olaraq zərər çəkə bilər, 2050-ci ilədək onların sayı 4,8-5,7 miıyard adama çatacaq. Məruzənin müəllifləri gözləyirlər ki, həmin vaxtadək dünya əhalisinin sayı 9,4 milyarddan 10,2 milyard nəfərə çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top