Şəkidə və Göygöldə ağır yol qəzası: 4 nəfər ölüb, yaralılar var

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı- Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Sürücü idarə etdiyi "VAZ 2106" markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Daha sonra maşın qaz xəttinə dəyərək xətti qırıb.

Ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

Qəza zamanı ölənlər və yaralananlar rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimovdur.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və 1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev yaralanıb.

Göygöl rayonunda isə “BMW” markalı minik avtomobilinin yol kənarında olan maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı ölən 1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top