Türkiyə milli komandasının heyətində dəyişiklik olub

Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişiklik olub. Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Oğuzhan Özyakub və Almaniyanın "Borussiya"(Dortmund) komandasının şərəfini qoruyan Ömər Toprak zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Oğuzhan Özyakub Türkiyə Superliqasının 26-cı turunda səfərdə "Başakşehir"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada zədələnib. Ömər Toprak isə Almaniya Bundesliqasının 27-ci turunda doğma meydanda "Hannover"lə oyunda xəsarət alıb. Bu iki futbolçunun yerinə Türkiyənin "Başakşehir" klubunun futbolçuları Mahmut Tekdemir və İrfan Can Kahveci yığmaya dəvət olunub. Qeyd edək ki, Türkiyə milli komadası martın 23-də Şimali İrlandiya, martın 27-də isə Monteneqro yığmaları ilə yoldaşlıq matçı keçirəcək. Report

DİGƏR XƏBƏRLƏR

Top